Bu uşaqlarla iş zamanı əvvəlcə əl-göz kontaktının yaradılması vacibdir
Autizm üç yaşından əvvəl başlayan və ömürboyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə mane olan, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafını ləngidən bir sindromdur. Həmin sindromdan əziyyət çəkən şəxslər öz emosiyalarını göstərə bilmir, fikirlərini ifadə etməkdə, sosiallaşmada bir sıra çətinliklərlə rastlaşırlar. Əksər hallarda onlarda mimika və jestlərin yaşanan hadisələrlə üst-üstə düşməməsi müşahidə edilir, nitq tembri balanslı olmur.
Autizm sindromunun əlamətlərini erkən yaş dövründə müşahidə etmək olar. Məsələn, sindrom özünü göz kontaktının olmaması, uşağın yönəlmiş nitqə reaksiya verməməsi, onlarla təmasda olarkən nümayiş etdirilən emosiyaları cavabsız qoyması, çox az halda onları təkrarlaması kimi əlamətlərlə göstərir. Bunun başlıca səbəbi autizm sindromlu şəxslərdə güzgü neyronlarının bir o qədər inkişaf etməməsidir.
www.NiNa.Az bildirir ki, bu barədə AZƏRTAC-a psixoloq Günel Paşayeva məlumat verib.
Psixoloqun sözlərinə görə, inkişafın başlıca səbəblərindən biri də təlqin prosesidir. Ona görə də autizm sindromlu uşaqla iş zamanı ilk növbədə əl-göz kontaktının yaradılması vacibdir ki, o, ətrafda gördüklərini təlqin edərək inkişaf etsin. Daha sonra komandaların öyrədilməsi təlim-tədris prosesində başlıca yer tutmalıdır ki, onlara verilən tapşırıqları yerinə yetirə bilsinlər.
"Autizmli uşaqlarla işləmək üçün bir çox metod və terapiya növləri var. Bunlara PECS terapiya - şəkillərlə ünsiyyət bacarığının öyrədilməsi, ABA terapiya - tətbiqi davranış analizi, art terapiya (qum terapiyası, rəsm terapiyası və s.), medikamentoz müalicə və s. aiddir.
Həmçinin bir sıra korreksiyaedici tapşırıqlar mövcuddur. Ev şəraitində işləyəcək valideynlərə uşaqla onların hər ikisinin eyni vaxtda iş aparması tövsiyə olunur. Məsələn, valideynlərdən biri iki əşyanı bir-birinə vurmağı nümayiş etdirərək uşaqdan bunu təkrarlamağı istəyə bilər. Lakin uşaq bu tapşırığı yerinə yetirməkdə çətinlik çəkdiyi halda digər valideyn onun əlindən tutaraq eyni ləvazimatları masadan götürməyə yardımçı olmalı və digərinin köməyi ilə bir-birinə vurmağa çalışmalıdır ki, uşaq təlqin etməyi öyrənsin.
Səslərin təlqini də eyni cür aparıla bilər.
Uşaqla iş zamanı incə motorikanın inkişafı məqsədilə mozaikalardan da istifadə etmək olar. Mozaikaların istifadəsi məntiqi təfəkkürün inkişafında məqsədəuyğundur. Uşaqlara böyük və kiçik anlayışlarının öyrədilməsi vacib məqamlardan biridir. Rəngləri öyrənməyin keyfiyyətli üsullarından biri də bütün əşyaları adları və rəngləri ilə qeyd etməkdir. Uşağın məntiqi təfəkkürünün inkişafı istiqamətində pazllardan istifadə etmək olar. Öncə ikili pazllardan istifadə etmək məqsədəuyğundur. Heyvanları, meyvə və tərəvəzləri əks etdirən pazllar daha yaxşıdır. Çünki autizmli uşağa ətrafında gördüyü əşyalarla işləmək bir o qədər çətin olmaz. İlkin mərhələlərdə yumşaq pazllar daha effektlidir.
Burada bir məqamı diqqətdə saxlamaq vacibdir. İkin mərhələlərdə hər bir tapşırıqdan sonra mükafatlandırma olmalıdır. Mükafatlandırma dedikdə uşağın sevdiyi işlə məşğul olmasına icazə verilməsi nəzərdə tutulur. Məsələn o, kitabı vərəqləməyi sevirsə, tapşırığı yerinə yetirdikdən sonra onu bununla mükafatlandırsanız, daha tez nəticə əldə etmiş olarsınız", - deyə G.Paşayeva diqqətə çatdırıb.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 512
Apr 3, 2020 7:50 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Bu usaqlarla is zamani evvelce el goz kontaktinin yaradilmasi vacibdir Autizm uc yasindan evvel baslayan ve omurboyu suren ictimai qarsiliqli tesire ve unsiyyete mane olan mehdud ve tekrarlanan davranislara getirib cixaran beyinin inkisafini lengiden bir sindromdur Hemin sindromdan eziyyet ceken sexsler oz emosiyalarini gostere bilmir fikirlerini ifade etmekde sosiallasmada bir sira cetinliklerle rastlasirlar Ekser hallarda onlarda mimika ve jestlerin yasanan hadiselerle ust uste dusmemesi musahide edilir nitq tembri balansli olmur Autizm sindromunun elametlerini erken yas dovrunde musahide etmek olar Meselen sindrom ozunu goz kontaktinin olmamasi usagin yonelmis nitqe reaksiya vermemesi onlarla temasda olarken numayis etdirilen emosiyalari cavabsiz qoymasi cox az halda onlari tekrarlamasi kimi elametlerle gosterir Bunun baslica sebebi autizm sindromlu sexslerde guzgu neyronlarinin bir o qeder inkisaf etmemesidir b s b bildirir ki bu barede AZERTAC a psixoloq Gunel Pasayeva melumat verib Psixoloqun sozlerine gore inkisafin baslica sebeblerinden biri de telqin prosesidir Ona gore de autizm sindromlu usaqla is zamani ilk novbede el goz kontaktinin yaradilmasi vacibdir ki o etrafda gorduklerini telqin ederek inkisaf etsin Daha sonra komandalarin oyredilmesi telim tedris prosesinde baslica yer tutmalidir ki onlara verilen tapsiriqlari yerine yetire bilsinler Autizmli usaqlarla islemek ucun bir cox metod ve terapiya novleri var Bunlara PECS terapiya sekillerle unsiyyet bacariginin oyredilmesi ABA terapiya tetbiqi davranis analizi art terapiya qum terapiyasi resm terapiyasi ve s medikamentoz mualice ve s aiddir Hemcinin bir sira korreksiyaedici tapsiriqlar movcuddur Ev seraitinde isleyecek valideynlere usaqla onlarin her ikisinin eyni vaxtda is aparmasi tovsiye olunur Meselen valideynlerden biri iki esyani bir birine vurmagi numayis etdirerek usaqdan bunu tekrarlamagi isteye biler Lakin usaq bu tapsirigi yerine yetirmekde cetinlik cekdiyi halda diger valideyn onun elinden tutaraq eyni levazimatlari masadan goturmeye yardimci olmali ve digerinin komeyi ile bir birine vurmaga calismalidir ki usaq telqin etmeyi oyrensin Seslerin telqini de eyni cur aparila biler Usaqla is zamani ince motorikanin inkisafi meqsedile mozaikalardan da istifade etmek olar Mozaikalarin istifadesi mentiqi tefekkurun inkisafinda meqsedeuygundur Usaqlara boyuk ve kicik anlayislarinin oyredilmesi vacib meqamlardan biridir Rengleri oyrenmeyin keyfiyyetli usullarindan biri de butun esyalari adlari ve rengleri ile qeyd etmekdir Usagin mentiqi tefekkurunun inkisafi istiqametinde pazllardan istifade etmek olar Once ikili pazllardan istifade etmek meqsedeuygundur Heyvanlari meyve ve terevezleri eks etdiren pazllar daha yaxsidir Cunki autizmli usaga etrafinda gorduyu esyalarla islemek bir o qeder cetin olmaz Ilkin merhelelerde yumsaq pazllar daha effektlidir Burada bir meqami diqqetde saxlamaq vacibdir Ikin merhelelerde her bir tapsiriqdan sonra mukafatlandirma olmalidir Mukafatlandirma dedikde usagin sevdiyi isle mesgul olmasina icaze verilmesi nezerde tutulur Meselen o kitabi vereqlemeyi sevirse tapsirigi yerine yetirdikden sonra onu bununla mukafatlandirsaniz daha tez netice elde etmis olarsiniz deye G Pasayeva diqqete catdirib