Payızda koronavirus yenidən aktivləşə bilərmi? - Epidemioloq danışdı
"Yaya qədər əhalini qorumaq üçün tədbirlər görülməzsə, koronavirus pandemiyası geri dönə, izolyasiyanın ləğvi ilə yeni dalğa yarana bilər".
www.NiNa.Az xəbər verir ki, bu fikri serbiyalı epidemioloq, doktor Zoran Radovanoviç deyib. O, hesab edir ki, fərqli dövlətlərdə görülən məhdudlaşdırıcı tədbirlər yoluxma hallarının və ölənlərin sayının azalmasına kömək edəcək.
"Vaxtında tədbir görülməsəydi, bir çox ölkədə virusa yoluxanların sayı daha çox ola bilərdi. Sosial məsafə, təcrid və xəstələrlə təmasda olanların axtarışı səhiyyə sisteminin hazırlıqlı olmasına xidmət edir. Beləliklə, bütün ağır xəstələr mexaniki ventilyasiya aparatlarına və reanimasiya şöbələrinə aparıla bilər. Əks təqdirdə hazırda xəstələr xəstəxana dəhlizi boyu uzanardı" deyə ekspert qeyd edib.
Epidemioloq əmindir ki, pandemiyanı dayandırmaq tamamilə mümkün deyil, ancaq onu ləngitmək olar. O etiraf edir ki, koronavirusdan ölənlərin sayının azalması ilə ölkələr məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlaya bilər. Lakin Radovanoviç yumşaldıcı qərarların payızda yeni pandemiya sürətinə səbəb olacağını istisna etmir.
O, Qərbi Balkanlarda izolyasiyanın aprel ayının sonuna qədər davam edəcəyini proqnozlaşdırır: "Sonra dövlətlər sayıqlığını itirə bilər. Bu vəziyyətdə pandemiyanın may-iyun aylarında yenidən yüksələcəyini və ya payıza qədər təxirə salınacağını söyləmək çətindir. Məsələn, SARS epidemiyası 2003-cü ilin iyul ayına qədər davam etdi, lakin yeni tip koronavirusda da eyni halın baş verə biləcəyi dəqiq deyil" deyə ekspert sözlərinə əlavə edib.
Xatırladaq ki, COVID-19 pandemiyası kontekstində mart ayında Qərbi Balkanların hökumətləri vətəndaşların hərəkətini məhdudlaşdırdı, işçilərin əksəriyyəti evdən işləməyə başladı. Eləcə də beynəlxalq və nəqliyyat əlaqələri dayandırıldı. (publika)
Kateqoriya: Sağlamlıq | Baxışlar: 459
Apr 1, 2020 6:58 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Payizda koronavirus yeniden aktivlese bilermi Epidemioloq danisdi Yaya qeder ehalini qorumaq ucun tedbirler gorulmezse koronavirus pandemiyasi geri done izolyasiyanin legvi ile yeni dalga yarana biler b s b xeber verir ki bu fikri serbiyali epidemioloq doktor Zoran Radovanovic deyib O hesab edir ki ferqli dovletlerde gorulen mehdudlasdirici tedbirler yoluxma hallarinin ve olenlerin sayinin azalmasina komek edecek Vaxtinda tedbir gorulmeseydi bir cox olkede virusa yoluxanlarin sayi daha cox ola bilerdi Sosial mesafe tecrid ve xestelerle temasda olanlarin axtarisi sehiyye sisteminin hazirliqli olmasina xidmet edir Belelikle butun agir xesteler mexaniki ventilyasiya aparatlarina ve reanimasiya sobelerine aparila biler Eks teqdirde hazirda xesteler xestexana dehlizi boyu uzanardi deye ekspert qeyd edib Epidemioloq emindir ki pandemiyani dayandirmaq tamamile mumkun deyil ancaq onu lengitmek olar O etiraf edir ki koronavirusdan olenlerin sayinin azalmasi ile olkeler mehdudlasdirici tedbirleri yumsaltmaga baslaya biler Lakin Radovanovic yumsaldici qerarlarin payizda yeni pandemiya suretine sebeb olacagini istisna etmir O Qerbi Balkanlarda izolyasiyanin aprel ayinin sonuna qeder davam edeceyini proqnozlasdirir Sonra dovletler sayiqligini itire biler Bu veziyyetde pandemiyanin may iyun aylarinda yeniden yukseleceyini ve ya payiza qeder texire salinacagini soylemek cetindir Meselen SARS epidemiyasi 2003 cu ilin iyul ayina qeder davam etdi lakin yeni tip koronavirusda da eyni halin bas vere bileceyi deqiq deyil deye ekspert sozlerine elave edib Xatirladaq ki COVID 19 pandemiyasi kontekstinde mart ayinda Qerbi Balkanlarin hokumetleri vetendaslarin hereketini mehdudlasdirdi iscilerin ekseriyyeti evden islemeye basladi Elece de beynelxalq ve neqliyyat elaqeleri dayandirildi publika