Bu qidaları əsla SOYUDUCUDA SAXLAMAYIN - Əks halda...
Hər dəfə bazarlıq paketləri ilə birgə mətbəxə girərkən ərzaqları yerbəyer edirik. Bəhs edəcəyimiz məhsulları bilmədən eyni qaydada soyuducunun alışdığımız köşəsinə qoyuruq. Bu isə onların vaxtından tez xarab olmasına, dadını itirməsinə gətirib çıxarır. Ən çox zərər çəkən isə həm büdcəmiz, həm də damaq dadımız olur.
www.NiNa.Az soyuducuya qoyulması qadağan olunan ərzaqların siyahısını təqdim edir.
Yerkökü və kartof
Bu tərəvəzlər soyuq və rütubəti sevmir. Soyuducuda saxlasanız daha tez yumşalıb, sərtliyini itirə bilər. Odur ki, onları sərin və qaranlıq yerdə saxlamaq daha məqsədəuyğundur.
Soğan
Soğanı soyuducuya qoyanların sayı az olsa da, var. Unutmayaq ki, rütubət soğanın birinci və ən böyük düşmənidir. Tərəvəzi qaranlıqda saxlasanız tərkibini daha gec itirər. Çünki işıq onun dadına mənfi təsir edir. Hətta soyuducudan kənarda kartofla soğanı birgə saxlamayın. Kartof öz ətrafında rütubət yaradır ki, bu da soğanın daha tez yumşalmasına səbəb olur.
Sarımsaq
Soyuqdan ən çox qorxan tərəvəz sarımsaqdır. Onu quru və tez-tez havalandırılan yerdə saxlamaq gərəkdir.
Pomidor
Bu tərəvəz istisevəndir. 0-a yaxın temperaturda onlar öz ətrini itirir. Nişastalı tərkib alıb, kəsilmiş kartofu xatırladır. Onu otaq temperaturundan bir az aşağı dərəcədə saxlamaq lazımdır. Bu, otağın hava axını daha çox gələn nöqtəsi ola bilər.
Badımcan
Badımcan və pomidorun tərkibi bənzər olduğundan, o da soyuducunu sevmir. Badımcan soyuducuda daha tez yumşalır və üzərində qara ləkələr yaranır.
Ekzotik meyvələr
Tropik meyvələri otaq temperaturunda, kağıza bükülmüş şəkildə saxlamaq daha məqsədəuyğundur. Soyuq temperaturda onlar, digər ərzaqlar üçün zərərli olan qaz ifraz etməyə başlayırlar.
Banan
Bu meyvənin qabığı soyuducuda daha tez qaralır. Dadında isə dəyişiklik baş vermir.
Alma və armud
Bu meyvələr açıq və bir az da sərin məkanı sevir. Almaları payız fəslində eyvanda qutulara qoyub, saxlaya bilərsiniz ki, ətrafında hava dövr etsin. Soyuqlar başlayan kimi, qutuları evə daşıyın.
Zeytun yağı
Bu yağ soyuducuda daha tez durulaşır və dibində ağ çöküntü yaranır. Bu səbəbdən də, yağın faydalı xüsusiyyətləri azalır. Odur ki, ona da mətbəxin bir rəfində yer ayırın.
Bal
Bal soyuq temperaturda öz müalicəvi xassələrini, həmçinin əsl dadını itirir. Balı otaq temperaturunda saxlamaq lazımdır. (publika)
Kateqoriya: Sağlamlıq | Baxışlar: 282
Mar 29, 2020 7:40 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Bu qidalari esla SOYUDUCUDA SAXLAMAYIN Eks halda Her defe bazarliq paketleri ile birge metbexe girerken erzaqlari yerbeyer edirik Behs edeceyimiz mehsullari bilmeden eyni qaydada soyuducunun alisdigimiz kosesine qoyuruq Bu ise onlarin vaxtindan tez xarab olmasina dadini itirmesine getirib cixarir En cox zerer ceken ise hem budcemiz hem de damaq dadimiz olur b s b soyuducuya qoyulmasi qadagan olunan erzaqlarin siyahisini teqdim edir Yerkoku ve kartof Bu terevezler soyuq ve rutubeti sevmir Soyuducuda saxlasaniz daha tez yumsalib sertliyini itire biler Odur ki onlari serin ve qaranliq yerde saxlamaq daha meqsedeuygundur Sogan Sogani soyuducuya qoyanlarin sayi az olsa da var Unutmayaq ki rutubet soganin birinci ve en boyuk dusmenidir Terevezi qaranliqda saxlasaniz terkibini daha gec itirer Cunki isiq onun dadina menfi tesir edir Hetta soyuducudan kenarda kartofla sogani birge saxlamayin Kartof oz etrafinda rutubet yaradir ki bu da soganin daha tez yumsalmasina sebeb olur Sarimsaq Soyuqdan en cox qorxan terevez sarimsaqdir Onu quru ve tez tez havalandirilan yerde saxlamaq gerekdir Pomidor Bu terevez istisevendir 0 a yaxin temperaturda onlar oz etrini itirir Nisastali terkib alib kesilmis kartofu xatirladir Onu otaq temperaturundan bir az asagi derecede saxlamaq lazimdir Bu otagin hava axini daha cox gelen noqtesi ola biler Badimcan Badimcan ve pomidorun terkibi benzer oldugundan o da soyuducunu sevmir Badimcan soyuducuda daha tez yumsalir ve uzerinde qara lekeler yaranir Ekzotik meyveler Tropik meyveleri otaq temperaturunda kagiza bukulmus sekilde saxlamaq daha meqsedeuygundur Soyuq temperaturda onlar diger erzaqlar ucun zererli olan qaz ifraz etmeye baslayirlar Banan Bu meyvenin qabigi soyuducuda daha tez qaralir Dadinda ise deyisiklik bas vermir Alma ve armud Bu meyveler aciq ve bir az da serin mekani sevir Almalari payiz feslinde eyvanda qutulara qoyub saxlaya bilersiniz ki etrafinda hava dovr etsin Soyuqlar baslayan kimi qutulari eve dasiyin Zeytun yagi Bu yag soyuducuda daha tez durulasir ve dibinde ag cokuntu yaranir Bu sebebden de yagin faydali xususiyyetleri azalir Odur ki ona da metbexin bir refinde yer ayirin Bal Bal soyuq temperaturda oz mualicevi xasselerini hemcinin esl dadini itirir Bali otaq temperaturunda saxlamaq lazimdir publika