Qəflətən yaranan qıcolma: Dünyada 50 milyon nəfər bu xəstəikdən əziyyət çəkir
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 50 milyon nəfər, Yer kürəsi əhalisinin 1 faizə qədəri epilepsiyadan əziyyət çəkir.
Bu şəxslərdən yalnız 25 faizi adekvat müalicə alır. Müasir dərmanlar 70 faiz xəstələrin ürək tutmalarından tamamilə xilas olmasına imkan verir. Həmin preparatlar səmərəli olmaqla yanaşı, az toksiki təsirə malikdir, əhval-ruhiyyəyə və psixikaya təsir etmir. Epilepsiya xəstələri təhsil alır, işləyir, ailə qurur, dünyaya sağlam övlad gətirir və tam normal həyat yaşayırlar.
Xroniki nevroloji xəstəlik olan epilepsiyaya mübtəla olanlar qəflətən baş verən qıcolmalarla üzləşirlər.
Epilepsiya Xəstələri Günü və ya Bənövşəyi Rəng Günü ilk dəfə 2008-ci il marın 26-da qeyd olunub.
2008-ci ildə epilepsiyadan əzab çəkən doqquz yaşlı qız Kessidi Meqan özünün başqalarından heç də fərqlənmədiyini göstərməyə qərar verib. O, xəstəliyin ətrafdakılar tərəfindən dəliliyin yüngül forması kimi qəbul edildiyini hiss etmişdi. Kessidi xəstəlik barədə yayılan mifləri dağıtmaq üçün "Bənövşəyi gün" yaratmağa nail olub. Onun başladığı təşəbbüsü əvvəlcə Kanadadakı Yeni Şotlandiya Epilepsiya Assosiasiyası dəstəkləyib, onun ardınca dünyanın başqa təşkilatları da ona tərəfdar çıxıblar. Bundan bir il sonra 100 min tələbə, 100-ə yaxın ictimai birlik və 100-dən artıq məşhur siyasətçi həmin təşəbbüsə qoşulub. Bir axşam Torontodakı televiziya qülləsi bənövşəyi rəngə bürünüb.
Yeni Şotlandiyada Epilepsiya Assosiasiyasının nümayəndələri, sonralar isə digər beynəlxalq təşkilatlar bu uşağın səsinə səs veriblər. Beləliklə, 2009-cu ildə Bənövşəyi Günü dəstəkləyən qrupun sıraları 100 minlərlə tələbənin, yüzlərlə siyasətçinin, habelə müxtəlif ictimai təşkilatların hesabına genişlənib. Torontoda məşhur televiziya qülləsini həmrəylik əlaməti olaraq bir axşam bənövşəyi rəngə boyayıblar.
Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir. Onun yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən sahəsində-epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır.
Martın 26-da dünyanın müxtəlif ölkələrində xəstəlik və ona göstərilən ilk yardım haqqında informasiyalar yayılır. Bundan başqa, keçirilən hərrac, yarmarka, konsert və idman yarışları vasitəsilə xəstələr üçün vəsait yığılır.
Həmin gün bütün dünyada keçirilən bu beynəlxalq tədbir epilepsiya haqqında məlumatlılığı artırmağa xidmət edir. Həmin gün arzu edənlər epilepsiya diaqnozu ilə yaşayanlara mənəvi dəstək göstərə bilərlər.
Vaxtilə həmin xəstəlikdən Yuli Sezar, Dante Aligeri, Napoleon Bonapart, Makedoniyalı İsgəndər, Alfred Nobel və başqa məşhurlar da əziyyət çəkiblər.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 337
Mar 28, 2020 3:26 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Qefleten yaranan qicolma Dunyada 50 milyon nefer bu xesteikden eziyyet cekir Umumdunya Sehiyye Teskilatinin melumatina gore 50 milyon nefer Yer kuresi ehalisinin 1 faize qederi epilepsiyadan eziyyet cekir Bu sexslerden yalniz 25 faizi adekvat mualice alir Muasir dermanlar 70 faiz xestelerin urek tutmalarindan tamamile xilas olmasina imkan verir Hemin preparatlar semereli olmaqla yanasi az toksiki tesire malikdir ehval ruhiyyeye ve psixikaya tesir etmir Epilepsiya xesteleri tehsil alir isleyir aile qurur dunyaya saglam ovlad getirir ve tam normal heyat yasayirlar Xroniki nevroloji xestelik olan epilepsiyaya mubtela olanlar qefleten bas veren qicolmalarla uzlesirler Epilepsiya Xesteleri Gunu ve ya Benovseyi Reng Gunu ilk defe 2008 ci il marin 26 da qeyd olunub 2008 ci ilde epilepsiyadan ezab ceken doqquz yasli qiz Kessidi Meqan ozunun basqalarindan hec de ferqlenmediyini gostermeye qerar verib O xesteliyin etrafdakilar terefinden deliliyin yungul formasi kimi qebul edildiyini hiss etmisdi Kessidi xestelik barede yayilan mifleri dagitmaq ucun Benovseyi gun yaratmaga nail olub Onun basladigi tesebbusu evvelce Kanadadaki Yeni Sotlandiya Epilepsiya Assosiasiyasi destekleyib onun ardinca dunyanin basqa teskilatlari da ona terefdar cixiblar Bundan bir il sonra 100 min telebe 100 e yaxin ictimai birlik ve 100 den artiq meshur siyasetci hemin tesebbuse qosulub Bir axsam Torontodaki televiziya qullesi benovseyi renge burunub Yeni Sotlandiyada Epilepsiya Assosiasiyasinin numayendeleri sonralar ise diger beynelxalq teskilatlar bu usagin sesine ses veribler Belelikle 2009 cu ilde Benovseyi Gunu destekleyen qrupun siralari 100 minlerle telebenin yuzlerle siyasetcinin habele muxtelif ictimai teskilatlarin hesabina genislenib Torontoda meshur televiziya qullesini hemreylik elameti olaraq bir axsam benovseyi renge boyayiblar Epilepsiya qedim tarixe malik ve indiye qeder tam mualicesi tapilmayan xesteliklerden biridir Onun yegane ve esas elameti tekrarlanan epileptik tutmalardir Xestelik zamani beyin qabiginin mueyyen sahesinde epileptogen ocaqda neyronlar sinxron sekilde oyanir Martin 26 da dunyanin muxtelif olkelerinde xestelik ve ona gosterilen ilk yardim haqqinda informasiyalar yayilir Bundan basqa kecirilen herrac yarmarka konsert ve idman yarislari vasitesile xesteler ucun vesait yigilir Hemin gun butun dunyada kecirilen bu beynelxalq tedbir epilepsiya haqqinda melumatliligi artirmaga xidmet edir Hemin gun arzu edenler epilepsiya diaqnozu ile yasayanlara menevi destek gostere bilerler Vaxtile hemin xestelikden Yuli Sezar Dante Aligeri Napoleon Bonapart Makedoniyali Isgender Alfred Nobel ve basqa meshurlar da eziyyet cekibler