Qıcolma tutması əhali arasında çox geniş yayılmış klinik haldır. El arasında buna ürəkgetmə, qıcolma da deyirlər. Ona görə də ürəkgetmə şəklində belə tutmaları olan xəstələr çox zaman kardioloqa müraciət edirlər. Bəzən bu tutmalar müxtəlif atipik əlamətlərlə təzahür etdiyindən çox vaxt diaqnoz və müalicə zamanı yanlışlıqlara yol verilir.
www.NiNa.Az bildirir ki, bu barədə AZƏRTAC-a nevropatoloq Yeganə Rəşidova məlumat verib.
Nevropatoloq deyib: "Qıcolma tutmaları uşaqlar arasında çox geniş yayılıb. Buna bətndaxili və ya doğuş zamanı müxtəlif zərərli və zədələyici amillər səbəb ola bilər. Uşaqlarda beyinin kifayət qədər tam inkişaf etməməsi səbəbindən onun oyanması çox həssas olur və diffuz qıcolma reaksiyası ilə nəticələnir. Həmçinin körpələrdə beyin damarlarının keçiriciliyinin yüksək olması səbəbindən infeksiyaların təsirindən beyindaxili təzyiq arta və qıcolma ilə nəticələnə bilər.
Epilepsiya təkrar qıcolma tutmaları ilə xarakterizə olunan baş-beyinin xroniki xəstəliyidir. Epileptik tutmalar auralı və aurasız olur. Klassik epileptik tutmalar çox spesifik olur. Bəzi xəstələrdə tutmadan bir neçə saniyə öncə aura yaranır. Aura xəstədə xüsusi xəbərdaredici bir haldır. Belə ki, xəstələrdə bəzən tutmadan bir neçə saniyə öncə göz qarşısında qığılcımların olması, qulaqda bəzi səslərin eşidilməsi, sanki daxili gərginliyin artması kimi hallar olur. Bu əlbəttə ki, xəstələr üçün müsbət haldır. Onlar tutma olacağını bilir, özlərinə normal poza seçirlər ki, böyük zədə almasınlar. Aurasız qıcolma tutmaları daha təhlükəlidir. Belə xəstələr epileptik tutmalar zamanı travmatik zədələr ala bilirlər. Adətən bir xəstədə tutmadan öncə eyni aura baş verir. Lakin bir xəstə ilə digərinin aurası fərqlənə bilər. Auradan sonra huşun itməsi və qıcolma baş verir. Əvvəl toniki, ardınca klonik qıcolma qeydə alınır. Tənəffüs əzələləri cəng olduqda qısa müddətdə tənəffüs dayanması və dilin dişlənməsi baş verir. Qeyri-iradi sidik ifrazı, sonra tutma müşahidə olunur. Bəzən tutmadan sonra yuxululuq, bir sıra hallarda isə oyanıqlıq qeydə alınır. Xəstələrin bir qismində tutmalardan sonra baş ağrıları, halsızlıq kimi hallar müşahidə oluna bilər".
Mütəxəssisin sözlərinə görə, epilepsiyanın qeyri-epileptik tutmaları da mövcuddur. Yenidoğulmuşların asfiksiyası, hemolitik xəstəlikləri, doğuş zamanı aldıqları kəllədaxili travmaları, mərkəzi sinir sisteminin defekti, anadangəlmə eybəcərliklər, mikrosepaliya, hidrosepaliya zamanı, o cümələdən baş-beyin şişləri, damar və ürək patologiyaları, anevrizmalar, angiomatozlar, beyin qan dövranının kəskin pozuntuları, anadangəlmə ürək qüsurları, kəskin respirator xəstəliklər, neyroinfeksiyalar, meningitlər, ensefalitlər, yüksək temperatur zamanı qıcolmalar müşahidə oluna bilər. Epileptik tutmalar, həmçinin profilaktik peyvəndlər, müxtəlif intoksikasiyalar, bir çox müxtəlif maddələr mübadiləsi pozulmaları, bəzi qan xəstəlikləri, dərman, narkotik qəbulu, bəzi preparatların qəbulunun dayandırılması zamanı da qeydə alına bilər. Bunlar epilepsiyanın qeyri epileptik tutmalarıdır.
Qıcolma tutmalarının yaranmasının əsasında baş-beyin neyronlarının oyanıqlığının artması dayanır. Bu neyronlar da beyinin müvafiq yerində ocaq əmələ gətirir ki, onun oyanması hesabına qıcolma tutmaları baş verir. Baş-beyinin travmaları, deinsefal zədələnmələri, infeksiyaları, epilepsiyaya irsi meyillilik, hamiləlik zamanı ananın keçirdiyi intoksikasiyalar, infeksiyalar, onun qəbul etdiyi dərman preparatları, travma, abort təhlükəsi, doğuş vaxtı asfiksiyalar, cift dolaşması, sürətli və ya uzun çəkən doğuşlar, böyüklərdə qan dövranının kəskin pozulmaları, insultlar qıcolma tutmalarının yaranmasına səbəb ola bilər.
Epilepsiya xəstəliyindən dahi insanlar daha çox əziyyət çəkiblər. Ona görə də qədim zamanlarda epilepsiya "dahi xəstəlik" və ya "dahilərin xəstəliyi" adlandırılıb. Napoleon Bonapart, Yuli Sezar, Fyodor Dostoyevski, Fridrix Hendel, Alfred Nobel, Dante Aligyeri kimi məşhur insanlar bu xəstəlikdən əziyyət çəkiblər.
Y.Rəşidova bildirib ki, epilepsiyanın insanın yıxılması, ağzından köpük gəlməsi, qeyri-iradi sidik ifrazı kimi simptomlarının qeydə alınmasından başqa fərqli əlamətlərin müşahidə olunduğu atipik forması da var. Buna bəzən diqqət yetirilmir və epilepsiya xəstəliyinin olduğu anlaşılmır. Bəzi xəstələrdə uzun müddət davamlı olaraq udqunma, öskürək, gülmə, gözləri qırpma, üzdə, çiyində, bədənin müxtəlif nahiyələrində tiklərin olması, el arasında gözün yol çəkməsi adlandırılan dalmalar, fikir yayqınlığı, qarında tutmaşəkilli sancılar müşahidə olunur. Çox nadir hallarda budda və baldırda davamlı tutmaşəkilli kəskin ağrılar da qeydə alınır. Bu əlamətlər epilepsiyanın atipik formasına aiddir.
"Xəstəliyin diaqnostikası üçün xəstə bütün müayinələrdən keçirilir. Elektroensefaloqramma müayinəsi zamanı aşkarlanır ki, belə hallar epilepsiyanın atipik forması zamanı verir. Belə ki, bəzən xəstəlik çox müşahidə olunan və başqa heç bir əlaməti olmayan başağrısı fonunda da üzə çıxır. Yəni xəstədə heç bir əlamət olmur. Xəstə əsasən gicgah nahiyələrində qeydə alınan şiddətli baş ağrılarından şikayət edir. Ağrılar çox zaman ağrıkəsicilərə tabe olmur, xəstənin anamnezi və elektroensefaloqramma müayinəsi ilə aşkarlanır ki, bu hal epilepsiyanın atipik formasıdır. Ona görə də epilepsiya xəstələrə və həmin xəstəlikdən əziyyət çəkən uşaqların valideynlərə atipik əlamətlərə də diqqət yetirmələri, nevropatoloqa müraciət etmələri, onun müayinəsindən keçmələri tövsiyə olunur ki, xəstəyə dəqiq düzgün diaqnoz qoyulsun.
Qıcaolması olan hər kəs ilk öncə elektroensefaloqramma müayinəsindən keçməlidir. Səhvən əvvəlcə maqnit-rezonans tomoqrafiya müayinəsi aparılır. Doğrudur, maqnit-rezonans tomoqrafiya müayinəsi travmadan sonra beyin şişlərində olan qıcolmalar zamanı böyük əhəmiyyət kəsb edir. Lakin maqnit-rezonans tomoqrafiyada epilepsiyanın ocağı görünməyə bilər. Buna baxmayaraq, xəstədə tutmalar davam edə bilər. Çox zaman xəstələr ilk öncə maqnit-rezonans tomoqrafiya müayinəsindən keçirlər, müayinə zamanı heç bir dəyişiklik olmadığına görə ya arxayınlaşır, ya həkimə müraciət etmir, ya da onun yazdığı dərmanları qəbul etmirlər. Nəticədə xəstələrdə böyük epileptik tutmalar baş verə, hətta epileptik statusa qədər gətirib çıxara bilər. Ona görə də qıcolma tutması olan hər bir insan əvvəlcə mütləq elektroensefaloqramma müayinəsindən keçməlidir. Müayinənin nəticəsinə mütəxəssis baxışı olmalıdır. Həkim ehtiyac yarandıqda dəqiq diaqnoz qoymaq üçün xəstəni digər müayinələrə göndərə bilər", - deyə nevropatoloq qeyd edib.
Yeganə Rəşidova epilepsiya xəstələrinin düzgün müalicə nəticəsində 95 faiz hallarda sağaldığını, həmin xəstəlikdən əziyyət çəkənlər arasında ölüm hallarının nadirən qeydə alındığını da diqqətə çatdırıb.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 554
Mar 27, 2020 4:59 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Dahilerin xesteliyi Qicolma tutmasi ehali arasinda cox genis yayilmis klinik haldir El arasinda buna urekgetme qicolma da deyirler Ona gore de urekgetme seklinde bele tutmalari olan xesteler cox zaman kardioloqa muraciet edirler Bezen bu tutmalar muxtelif atipik elametlerle tezahur etdiyinden cox vaxt diaqnoz ve mualice zamani yanlisliqlara yol verilir b s b bildirir ki bu barede AZERTAC a nevropatoloq Yegane Residova melumat verib Nevropatoloq deyib Qicolma tutmalari usaqlar arasinda cox genis yayilib Buna betndaxili ve ya dogus zamani muxtelif zererli ve zedeleyici amiller sebeb ola biler Usaqlarda beyinin kifayet qeder tam inkisaf etmemesi sebebinden onun oyanmasi cox hessas olur ve diffuz qicolma reaksiyasi ile neticelenir Hemcinin korpelerde beyin damarlarinin keciriciliyinin yuksek olmasi sebebinden infeksiyalarin tesirinden beyindaxili tezyiq arta ve qicolma ile neticelene biler Epilepsiya tekrar qicolma tutmalari ile xarakterize olunan bas beyinin xroniki xesteliyidir Epileptik tutmalar aurali ve aurasiz olur Klassik epileptik tutmalar cox spesifik olur Bezi xestelerde tutmadan bir nece saniye once aura yaranir Aura xestede xususi xeberdaredici bir haldir Bele ki xestelerde bezen tutmadan bir nece saniye once goz qarsisinda qigilcimlarin olmasi qulaqda bezi seslerin esidilmesi sanki daxili gerginliyin artmasi kimi hallar olur Bu elbette ki xesteler ucun musbet haldir Onlar tutma olacagini bilir ozlerine normal poza secirler ki boyuk zede almasinlar Aurasiz qicolma tutmalari daha tehlukelidir Bele xesteler epileptik tutmalar zamani travmatik zedeler ala bilirler Adeten bir xestede tutmadan once eyni aura bas verir Lakin bir xeste ile digerinin aurasi ferqlene biler Auradan sonra husun itmesi ve qicolma bas verir Evvel toniki ardinca klonik qicolma qeyde alinir Teneffus ezeleleri ceng olduqda qisa muddetde teneffus dayanmasi ve dilin dislenmesi bas verir Qeyri iradi sidik ifrazi sonra tutma musahide olunur Bezen tutmadan sonra yuxululuq bir sira hallarda ise oyaniqliq qeyde alinir Xestelerin bir qisminde tutmalardan sonra bas agrilari halsizliq kimi hallar musahide oluna biler Mutexessisin sozlerine gore epilepsiyanin qeyri epileptik tutmalari da movcuddur Yenidogulmuslarin asfiksiyasi hemolitik xestelikleri dogus zamani aldiqlari kelledaxili travmalari merkezi sinir sisteminin defekti anadangelme eybecerlikler mikrosepaliya hidrosepaliya zamani o cumeleden bas beyin sisleri damar ve urek patologiyalari anevrizmalar angiomatozlar beyin qan dovraninin keskin pozuntulari anadangelme urek qusurlari keskin respirator xestelikler neyroinfeksiyalar meningitler ensefalitler yuksek temperatur zamani qicolmalar musahide oluna biler Epileptik tutmalar hemcinin profilaktik peyvendler muxtelif intoksikasiyalar bir cox muxtelif maddeler mubadilesi pozulmalari bezi qan xestelikleri derman narkotik qebulu bezi preparatlarin qebulunun dayandirilmasi zamani da qeyde alina biler Bunlar epilepsiyanin qeyri epileptik tutmalaridir Qicolma tutmalarinin yaranmasinin esasinda bas beyin neyronlarinin oyaniqliginin artmasi dayanir Bu neyronlar da beyinin muvafiq yerinde ocaq emele getirir ki onun oyanmasi hesabina qicolma tutmalari bas verir Bas beyinin travmalari deinsefal zedelenmeleri infeksiyalari epilepsiyaya irsi meyillilik hamilelik zamani ananin kecirdiyi intoksikasiyalar infeksiyalar onun qebul etdiyi derman preparatlari travma abort tehlukesi dogus vaxti asfiksiyalar cift dolasmasi suretli ve ya uzun ceken doguslar boyuklerde qan dovraninin keskin pozulmalari insultlar qicolma tutmalarinin yaranmasina sebeb ola biler Epilepsiya xesteliyinden dahi insanlar daha cox eziyyet cekibler Ona gore de qedim zamanlarda epilepsiya dahi xestelik ve ya dahilerin xesteliyi adlandirilib Napoleon Bonapart Yuli Sezar Fyodor Dostoyevski Fridrix Hendel Alfred Nobel Dante Aligyeri kimi meshur insanlar bu xestelikden eziyyet cekibler Y Residova bildirib ki epilepsiyanin insanin yixilmasi agzindan kopuk gelmesi qeyri iradi sidik ifrazi kimi simptomlarinin qeyde alinmasindan basqa ferqli elametlerin musahide olundugu atipik formasi da var Buna bezen diqqet yetirilmir ve epilepsiya xesteliyinin oldugu anlasilmir Bezi xestelerde uzun muddet davamli olaraq udqunma oskurek gulme gozleri qirpma uzde ciyinde bedenin muxtelif nahiyelerinde tiklerin olmasi el arasinda gozun yol cekmesi adlandirilan dalmalar fikir yayqinligi qarinda tutmasekilli sancilar musahide olunur Cox nadir hallarda budda ve baldirda davamli tutmasekilli keskin agrilar da qeyde alinir Bu elametler epilepsiyanin atipik formasina aiddir Xesteliyin diaqnostikasi ucun xeste butun muayinelerden kecirilir Elektroensefaloqramma muayinesi zamani askarlanir ki bele hallar epilepsiyanin atipik formasi zamani verir Bele ki bezen xestelik cox musahide olunan ve basqa hec bir elameti olmayan basagrisi fonunda da uze cixir Yeni xestede hec bir elamet olmur Xeste esasen gicgah nahiyelerinde qeyde alinan siddetli bas agrilarindan sikayet edir Agrilar cox zaman agrikesicilere tabe olmur xestenin anamnezi ve elektroensefaloqramma muayinesi ile askarlanir ki bu hal epilepsiyanin atipik formasidir Ona gore de epilepsiya xestelere ve hemin xestelikden eziyyet ceken usaqlarin valideynlere atipik elametlere de diqqet yetirmeleri nevropatoloqa muraciet etmeleri onun muayinesinden kecmeleri tovsiye olunur ki xesteye deqiq duzgun diaqnoz qoyulsun Qicaolmasi olan her kes ilk once elektroensefaloqramma muayinesinden kecmelidir Sehven evvelce maqnit rezonans tomoqrafiya muayinesi aparilir Dogrudur maqnit rezonans tomoqrafiya muayinesi travmadan sonra beyin sislerinde olan qicolmalar zamani boyuk ehemiyyet kesb edir Lakin maqnit rezonans tomoqrafiyada epilepsiyanin ocagi gorunmeye biler Buna baxmayaraq xestede tutmalar davam ede biler Cox zaman xesteler ilk once maqnit rezonans tomoqrafiya muayinesinden kecirler muayine zamani hec bir deyisiklik olmadigina gore ya arxayinlasir ya hekime muraciet etmir ya da onun yazdigi dermanlari qebul etmirler Neticede xestelerde boyuk epileptik tutmalar bas vere hetta epileptik statusa qeder getirib cixara biler Ona gore de qicolma tutmasi olan her bir insan evvelce mutleq elektroensefaloqramma muayinesinden kecmelidir Muayinenin neticesine mutexessis baxisi olmalidir Hekim ehtiyac yarandiqda deqiq diaqnoz qoymaq ucun xesteni diger muayinelere gondere biler deye nevropatoloq qeyd edib Yegane Residova epilepsiya xestelerinin duzgun mualice neticesinde 95 faiz hallarda sagaldigini hemin xestelikden eziyyet cekenler arasinda olum hallarinin nadiren qeyde alindigini da diqqete catdirib