Koronavirusun əsas əlamətləri və qorunma yolları - MÜTƏXƏSSİS RƏYİ
"İmmuniteti zəif olanlar, yanaşı digər ağır xəstəliklərindən əziyyət çəkənlər, immunsupresor müalicə altında olan şəxslər, yaşı 70-dən yuxarı olanlar koronavirusla bağlı risk qrupuna daxildir".
Bunu e-tibb.az üçün yazdığı məqalədə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Nazxanım Qasımova qeyd edib.
Onun sözlərinə görə, "COVID-19" yayılan bölgələrdə səyahətdə olanlar və ya "COVID-19" xəstəsi ilə kontaktda olmuş şəxslər də risk qrupuna daxildirlər.
Həkim vurğulayıb ki, "COVID-19"-un əsas əlamətləri qızdırma, öskürək və nəfəs darlığıdır. Mütəxəssis, xəstəlikdən qorunmağın yolları ilə bağlı aşağıdakı tövsiyələri verib:
- Tez-tez əl, ağız-burun çevrəsi antibakterial sabunla yuyun. Ələlxüsus bayırdan evə gəldikdə. Avtomobildə, işdə, əl çantalarında əl dezinfektanları, nəm antibakterial salfetlərin olması vacibdir
- Duzlu su və ya dəniz duzlu steril burun spreyləri ilə burun mənfəəzini təmizləyin
- Xəstə insanlarla kontaktdan çəkinin
- Xəstəliyin yayıldığı bölgələrə səyahət etməyin
- Ev şəraitində olun, sosial aktivliyi azaldın, toplu şəkildə keçirilən tədbirlərdən uzaq durun
- Əlləriniz təmiz deyilsə, göz, ağız və burun nahiyəsinə toxunmayın
- Ən yaxınlarınız, ailə üzvlərindən başqa evinizə yad insanları buraxmayın
- Şübhəli simptomlar varsa, 7 gün evdə qalın
Bundan başqa, həkim vurğulayıb ki, ailədə yaşı 70-dən yuxarı olan şəxs, hamilə və ya risk qrupuna daxil olan digər insanlar varsa, onların xəstə (şübhəli ) şəxsdən 14 gün müddətində başqa yerdə qalması məsləhətdir və ya ailə ilə birgə qalmaq məcburiyyəti varsa, o zaman maksimum az kontaktda olmaq vacibdir: "Əgər "COVİD-19" simptomları varsa və ağır keçirilirsə, mütləq müvafiq qurumlara müraciət edilməlidir".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 335
Mar 26, 2020 4:23 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Koronavirusun esas elametleri ve qorunma yollari MUTEXESSIS REYI Immuniteti zeif olanlar yanasi diger agir xesteliklerinden eziyyet cekenler immunsupresor mualice altinda olan sexsler yasi 70 den yuxari olanlar koronavirusla bagli risk qrupuna daxildir Bunu e tibb az ucun yazdigi meqalede infeksion xestelikler ve klinik mikrobiologiya uzmani Nazxanim Qasimova qeyd edib Onun sozlerine gore COVID 19 yayilan bolgelerde seyahetde olanlar ve ya COVID 19 xestesi ile kontaktda olmus sexsler de risk qrupuna daxildirler Hekim vurgulayib ki COVID 19 un esas elametleri qizdirma oskurek ve nefes darligidir Mutexessis xestelikden qorunmagin yollari ile bagli asagidaki tovsiyeleri verib Tez tez el agiz burun cevresi antibakterial sabunla yuyun Elelxusus bayirdan eve geldikde Avtomobilde isde el cantalarinda el dezinfektanlari nem antibakterial salfetlerin olmasi vacibdir Duzlu su ve ya deniz duzlu steril burun spreyleri ile burun menfeezini temizleyin Xeste insanlarla kontaktdan cekinin Xesteliyin yayildigi bolgelere seyahet etmeyin Ev seraitinde olun sosial aktivliyi azaldin toplu sekilde kecirilen tedbirlerden uzaq durun Elleriniz temiz deyilse goz agiz ve burun nahiyesine toxunmayin En yaxinlariniz aile uzvlerinden basqa evinize yad insanlari buraxmayin Subheli simptomlar varsa 7 gun evde qalin Bundan basqa hekim vurgulayib ki ailede yasi 70 den yuxari olan sexs hamile ve ya risk qrupuna daxil olan diger insanlar varsa onlarin xeste subheli sexsden 14 gun muddetinde basqa yerde qalmasi meslehetdir ve ya aile ile birge qalmaq mecburiyyeti varsa o zaman maksimum az kontaktda olmaq vacibdir Eger COVID 19 simptomlari varsa ve agir kecirilirse mutleq muvafiq qurumlara muraciet edilmelidir